“Xəzər Lənkəran” “Neftçi” önünə qara sarğıyla çıxacaq

“Xəzər Lənkəran” “Neftçi” önünə qara sarğıyla çıxacaq
XƏBƏR 15 Fevral 2010 / 23:36 2033
-  A +

Premyer Liqanın XXI turu çərçivəsində “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran”a qarşıdakı matça qara sarğıyla çıxacaq. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi internet saytında xəbər yerləşdirilib. Məlumatda deyilir: “Komandamız qara sarğı taxmaqla ötən şənbə günü “Karvan”a qarşı oyundan sonra Yevlaxdan qayıdarkən “Neftçi”nin yol qəzasında dünyasını dəyişmiş iki əməkdaşının xatirəsini yad edəcək”.
Xatırladaq ki, bu oyuna “Neftçi”nin futbolçuları da qollarında qara sarğıyla çıxacaqlar.

 


Son xəbərlər