Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
PSJ-dən futbol şousu - Video

Yazarlar
 Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
Nurlan İBRAHİMOV
 Lobanovski və bizim Qurban
Aqil Abbas
 Əfran üçün…
Aydın BAĞIROV
 Əfranlara dəstək verək!
Anar Şabanoğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Kopenhagen" - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Əfran "Qarabağ"a qələbə qazandırdı, "Neftçi" yenə uduzdu
"Qəbələ"dən qələbə, "Zirə" lider oldu
“Kopenhagen” Azərbaycana qadağa qoydu - söyüşə görə
“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
Linklər
525ci Qəzet

Vidadi Rzayev: “Baxıcı millimizin baş məşqçisinə demişdi ki, sən göydə öləcəksən”
A A A

[28.11.2016]
Vidadi Rzayev: “Baxıcı millimizin baş məşqçisinə demişdi ki, sən göydə öləcəksən”

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudumur!

Vidadi Rzayev Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardandı. Oynadığı dövrdə həm formasını geyindiyi klublarda, həm də milli komandada aparıcı sima olub. Tək oyunu ilə yox, həm də xarakteri ilə hər kəsin rəğbətini qazanıb. Jurnalistlərlə ünsyyəti də hər zaman əla olub. Hətta karyerası üçün təhlükə yarandığı vaxtda belə, jurnalisti zərbə altında qoymayıb. Möhtəşəm oyunlarının sayı hesabı yoxdu. Bir sözlə, əsl tarixdi. Biz də bu canlı tarixi vərəqləmək qərarına gəldik. Vidadi Rzayevlə söhbətimizi iki hissəyə böldük: klub və milli karyerası. Çünki Rzayevin həm klubda, həm də millidə kifayət qədər zəngin karyerası olub.

Müsahibənin birinci hissəsində (bu linkdə: http://qol.az/?name=xeber&news_id=100744) Vidadi Rzayev klub karyerasından danışmışdı. İkinci söhbətimiz isə bütünlükdə onun millidəki karyerasına həsr olunub:

- 1992-ci ildə milli komanda yaradılanda mən də orada yer aldım. Səhv etmirəmsə, 2001-ci ilə qədər də oynadım.

- 2001-02-ci illərdə millinin baş məşqçisi olan İqor Ponomaryovla problemləriniz var idi. Ondan sonra milliyə dəvət almamağın yaşla bağlı oldu?

- İlk növbədə yaş amili rol oynadı. Əslində dəvət olmuşdu. O vaxt millinin baş məşqçisi işləyən Karlos Alberto Torres çempionatda oyunumu görüb, məni İngiltərə ilə oyuna dəvət etmişdi. 36 yaşım vardı. İmtina etdim. Dedim ki, qoy, İngiltərəyə cavanlar gedib oynasın.

- Yığma karyerandan razı qaldın?

- Razı qaldın deyəndə ki, uğurlu və uğursuz oyunlarımız oldu. Sadəcə, ilk beynəlxalq oyunlarımızı Trabzonda keçirməyimiz uğursuz nəticələrə təsir etdi. Nə qədər qardaş ölkə olsa da, öz evimizin yerini vermirdi. Boş tribunalar önündə oynayırdın. Elə səfər kimi idi. Bəlkə də o vaxt ev oyunlarımızı burda oynasaydıq, daha yaxşı nəticələr qazana bilədik. Bundan başqa, fiziki hazırlığımız da yüksək səviyyədə deyildi. 60-70 dəqiqə oynayıb dayanırdıq. Sona qədər oynamağa gücümüz çatmırdı. Çünki o vaxt indiki kimi şərait də yox idi, təlim-məşq toplanışları keçmirdik, Antalyada hazıqlıq-filan yox idi. Müəyyən təlim-məşq toplanışları olurdu. Həmin toplanışın hesabına da Azərbaycan çempionatında oynamaq olurdu. Amma bu, beynəlxalq oyunlar üçün yetərli deyildi.

- Adətən, Trabzona oyundan neçə gün qabaq gedirdiniz?

- Bir həftə qabaq gedib məskunlaşırdıq və oyuna kimi məşqlərimizi orada keçirdik. Oyunun ertəsi gün yenidən Bakıya qayıdırdıq.

- Dedin ki, o vaxt indiki kimi şərait yox idi, fiziki cəhətdən sona qədər çatdırmırdınız. Amma maraqlıdır ki, o vaxt ölkə xaricində yetərincə futbolçumuz çıxış edirdi. Halbuki indi bu yoxdur...

- Düzdür, o vaxt həqiqətən də ölkə xaricində futbolçularımız çox idi. Nazim Süleymanov, Vəli Qasımov, Şahin Diniyev, elə mən özüm də legioner həyatı yaşamışam. Sadəcə, evdən kənarda qala bilmədiyim üçün yenidən Azərbaycana qayıtmışdım. Bilirsiniz, o vaxtkı futbolçularda istək daha çox idi ki, kənara çıxsınlar, səviyyələrini artırsınlar.

- Milldəki ən uğurlu oyunun yəqin ki, İsveçrə ilə matçdı. İlk rəsmi qələbəmiz. Yeganə qolu də siz vurmuşdunuz.

- O tarixi oyundur. Özü də həmin oyuna mərhum prezidentimiz Heydər Əliyev də gəlmişdi. Həqiqətən də tarixi qələbə idi. Amma mən o vaxt da müsahibələrimin birində demişdim ki, arzulayıram, həmin oyun tarixdə ilk olaraq qalmasın, bundan da böyük uğurlar qazanılsın. Şükür Allaha ki, artıq millidə inkişaf gedir, Robert Prosineçkinin gəlişindən sonra milli 7 xal qazanıb. Kaş xallarımızın sayı bundan da çox olsun, daha böyük rekordlara imza ataq.

- İsveçrə oyuna görə nə qədər mükafat almışdınız?

- Hər futbolçuya 2000 dollar mükafat vermişdilər.

- Bəs, ən uğursuz oyun hansını hesab edirsən?

- Lixtenşteynə 1:2 uduzduğumuz oyunu. Həmin görüşdə 90 dəqiqə hücum etdik, nə qədər real qol imkanlarını boşa verdik. Rəqib isə iki əks-hücumda qol vurub qələbə qazanmışdı. Düzdür, orda ilk qolda adını çəkmək istəmədiyim bir müdafiəçimizin də kobud səhvi olmuşdu.

- Həmin oyundan sonra hansı hisləri keçirmişdiniz?

- Çox pis olmuşduq. Hətta futbolu buraxmaq istəyirdik ki, daha bundan sonra niyə oynayaq? Millinin o vaxtkı baş məşqçisi Vaqif Sadıqov bizə ürək-dirək verdi ki, futbolda belə şeylər olur, hər şeyi unudub irəli baxmaq lazımdır. Ondan sonra yavaş-yavaş fikrimizi dəyişmişdik.

- Gəl, bir az da o dövrkü millinin şəraitindən danışaq. Oyunlara necə hazırlaşırdınız, harda qalırdınız, harda məşq edirdiniz?

- O dövr indiki kimi meydançalar, otellər yox idi. Ən yaxşı halda köhnə “İnturist”də qalırdıq. Amma əksər toplanışlarımız Buzovnada keçirilirdi. Orda qalırdıq, elə ordakı stadionda da məşq edirdik.

- Bir futbolçuya günlük ayrılan xərc nə qədər idi?

- Çox az. Məsələn, 10 günlük toplanış üçün cəmi 100 dollar. O vaxt vəziyyət yaxşı deyildi. Sonradan rəhmətlik Ramiz müəllimin (AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev) gəlişindən sonra şərait bir qədər düzəldi. Rövnəq müəllimin (AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev) gəlişindən sonra şərait daha da yaxşılaşdı.

- Milli ilə bir çox ölkədə olmusan, stadionlarda oynamısan. Ən çox bəyəndiyin hansı stadion olub?

- Portuqaliyada gördüyüm stadion. Baxmayaraq ki, həmin oyunu 0:7 hesabı ilə uduzmuşduq, amma stadionları super idi.

- Bəs azarkeşlər?

- Rumın azarkeşlər. 1994-cü il idi, Rumıniyanın heyətində Filipesku, Popesku, Moldovan, Muntyanu, Dimitresku kimi ulduzlar oynayırdı. Yadımdadı, oyun boyu azarkeşlərin səsləndirdiyi şüarlar. Ən çox da Dimitreskunu alqışlayırdılar. Tribunaların bir tərəfi İlia, digər tərəf Dimitresku qışqırırdı. Möhtəşəm görüntü idi (Millimiz həmin oyunu 0:3 uduzmuşdu – red.)

- Millidə ən çox kiminlə bir-birinizi yaxşı başa düşürdümüz?

- Ən çox Yunis Hüeynovla oynamaq rahat idi. Belə baxanda hamı ilə anlaşmamız yaxşı idi. Nazim Süleymanov, Rasim Abışov, Vəli Qasımov, Tərlan Əhmədov… Hamısı sovet futbol məktəbi keçmişdilər. Ona görə bir-birimizi yaxşı başa düşürdük. Sadəcə, Yunislə mövqelərimiz daha yaxın olduğundan onunla daha yaxşı anlaşırdıq.

- Milli ilə bağlı başına gələn maraqlı əhvalatlardan birini danışa bilərsən?

- Vallah, nə danışım, heç özüm də bilmirəm.

- Məsələn, bildiyimiz kimi Yunis Hüseynov təyyarəyə minməkdən qorxur…...

- (gülür) Yunis elə indi də təyyarədən qorxur.

- Təsəvvür edin, “Karvan”da işləyəndə Antalyaya toplanışa komanda təyyarə ilə gedirdi, Yunis müəllim maşınla...

- Hamısından xəbərim var. Bu yaxınlarda PRO kateqoriyası üçün Ukraynaya getməliydi. Eşitdim ki, avtobusla gedir. Deyirəm a kişi, min təyyarəyə get də, 2-3 saatlıq yoldu. Qorxur, getmir. 

- O vaxt millidə oynayanda bununla bağlı maraqlı hadisə filan baş verib?

- Bir dəfə olub. Demək İrana uçuruq, Əhvaz şəhərinə. Millinin ya toplanışı idi, ya da oyunu. O vaxt da baş məşqçi Kazbek Tuayev idi. Kazbek Tuayev də bir dəfə hansısa baxıcının yanına getmişdi və ona demişdilər ki, sən göydə öləcəksən. Təsəvvür elə, belə bir baş məşqçi ilə eyni təyyarədə səfərə uçursan.  Həmin səfərdə də tərslikdən təyyarə rahat getmədi. Enəndə də çox pis enmişdi. İndi təsəvvür edin təyyarə enişə keçib, di gəl ki, silkələnir. Yunis də qorxur. Amma mən özüm də təyyarədən qorxurdum. İndi təyyarə silkələnir, biz də Yunislə bir-birimizi qucaqlamışıq. İkimiz də Kazbek Tuayevin qarasınca danışıb deyirdik ki, çıxıb istefaya getmir ki, canımız qurtara. Özü gedəcək, bizi də özüylə o dünyaya aparacaq (gülür). Birtəhər eniş elədik. Deyirdik ki, heç olmasa, özü ayrı gedə, bizi ayrı göndərə. Amma Kazbek müəllimin xətrini çox istəyirəm, münasibətimiz də yaxşıdı, “Turan”da da mənim məşqçim olub.

- Bir dəfə verdiyin müsahibələrin birində demişdin ki, Bakıda qala bilmirsən. Ona görə “Neftçi”də oynayanda da Bakıdan ev almamışdın və rayonda qalırdın...

- Ona görə legioner həyatım çox sürmədi də. Çünki kənarda qala bilmirdim, ev üçün darıxırdım. Elə indi də Bakıda evim yoxdu, rayonda qalıram. Ailəm də mənim kimi rayondan kənarda qala bilmir. Səbəbini bilmirəm, amma rayonda yaşamaq bizə çox rahatdı.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

4700 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
20.08.2017  12:19 “Mükafatımızı hələ də almamışıq” – Tərlan Quliyev
16.08.2017  15:33 "Qarabağ"a yeni transfer lazım deyil" - Böyükağa Hacıyev
15.08.2017  23:19 "Bu gün 11 nəfər yox, bütün Azərbaycan oynayırdı" - Maksim Medvedyev
15.08.2017  22:30 "Qol vuracağımı gözləmirdim" - Mahir Mədətov
11.08.2017  13:14 “Səbail”ə bələd olmasam da, Samir Əliyevi yaxşı tanıyıram” – Ayxan Abbasov
09.08.2017  13:40 “Birinci divizionda adımı batırmaq istəmirəm” – Arif Əsədov
04.08.2017  00:10 "Rəqib hər cəhətdə bizdən öndə idi" - Cavid Hüseynov
01.08.2017  23:21 “Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl
21.07.2017  00:41 "Kimdənsə nəsə gizlətmirik" - Rəşad Sadıqov
19.07.2017  00:14 “Hava bizi boğurdu” - Maksim Medvedev
14.07.2017  00:15 "Hakim bizi çox sıxdı" - Cavid Hüseynov
12.07.2017  00:45 “Özümü yox, komandamı təbrik edirəm” - “Qarabağ”ın yeni transferi
12.07.2017  00:00 "Qarabağ" heç vaxt səfərlərə turist kimi getmir" - Əmrah Çəlikəl
05.07.2017  14:25 “Tənqidə fikir versəydim, futboldan çoxdan gedərdim” – Elxan Abdullayev
04.07.2017  12:42 "Tənqid "Neftçi"nin alnına yazılıb”
23.06.2017  14:03 “Differdanj”ı Bakıda təəccübləndirməliyik” – Ayxan Abbasov
21.06.2017  15:32 "Ən güclü rəqiblə qarşılaşacağıq" - Səlahət Ağayev
08.06.2017  17:15 “4 as məşqçiyik, amma qalmışıq kənarda" - Böyükağa Hacıyev
01.06.2017  14:05 “Tez-tez klub dəyişməyin ziyanını gördüm" - Rauf Əliyev
31.05.2017  17:04 "Qəbələ"də daha çox oynaya bilərəm" - İlqar Qurbanov
 
 
  21.08.17
12:15
  Elxan Abdullayev istefa verdi
11:59
  “Raul Qarsiyaya 50 milyon verə bilmərik” – “Kopenhagen”in baş məşqçisi
11:48
  "Qarabağ" bu gün gedir
11:20
  Prosineçkinin Bakıya dönüşü niyə yubanır? - qızı zəhərlənib
11:15
  Ramosdan antirekord
11:00
  Klublarımızın yay transferləri - Yenilənir
10:49
  Derbidə qalib müəyyənləşmədi - Video
10:30
  Güləş üzrə dünya çempionatı başlayır
10:11
  Eminin komandası yenə uduzdu
09:48
  "Real"da uğurlu start - Video
01:30
  PSJ-dən futbol şousu - Video
01:05
  "Barselona" qələbə ilə başladı - Video
01:04
  “Fənərbaxça” – “Trabzonspor” oyununda 4 qol
00:40
  London derbisini "Çelsi" qazandı - Video
00:25
  Millimizin üzvü 90 dəqiqə oynadı
00:10
  "Qəbələ" - "Sumqayıt" Şəkillər
  20.08.17
22:46
  "Qəbələ" qələbəni belə qazandı - Video
22:38
  “Hakimlikdən razı deyiləm” – Qriqorçuk
22:14
  “Bəzi futbolçular meydanda yox kimi idilər” – Samir Abasov
21:53
  "Qəbələ"dən qələbə, "Zirə" lider oldu
21:50
  Araz Kiprdə rəsmi debüt etdi - Yenilənib
21:30
  Ramil Quliyevdən növbəti qızıl – Video
21:07
  "3 ildir deyirəm ki, kələ-kötür meydanda oynaya bilmirik" –Şahin Diniyev
20:58
  Ayxan Abbasov: "Təmkin qəhrəman deyil"
20:14
  Şeydayev “Jilina”nın ikinci komandasında – qol vurdu
19:46
  “Zirə”dən 3 qollu qələbə - Video
19:11
  “Qəbələ” – “Sumqayıt”: heyətlər açıqlandı
19:00
  Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
18:01
  "Qarabağ"ın müdafiə xətti güclü deyil” - Pavloviç
17:46
  Millimizin sabiq üzvü dünyasını dəyişdi
16:30
  “Kəpəz” – “Zirə”: heyətlər
15:10
  “Qarabağ”a qalib gəlib, qrupa düşəcəklər” – danimarkalı məşqçi
14:44
  Qrizmann hakimi söydü – ağır cəza gəlir
13:44
  Qurban Qurbanov niyə narahatdır?
13:24
  “Qarabağ”la oynamaq çətindir” - Pərdis Fərcad-Azad
12:19
  “Mükafatımızı hələ də almamışıq” – Tərlan Quliyev
11:34
  “Penaltilər seriyası haqda düşünməmişəm” – Qara Qarayev
11:10
  Hər iki oyun canlı yayımda – Topaz Premyer Liqa
10:51
  "Yevlaxda meydança Gəncədəkindən yaxşıdır" – Şahin Diniyev
09:45
  “Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
09:13
  “Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen
02:20
  “Napoli” qələbə ilə başladı - Video
02:08
  “Atletiko” 10 nəfərlə yenilgidən qaçdı - Video
01:53
  "Qalatasaray" səfərdən qələbə ilə qayıtdı - Video
01:42
  “Arsenal” xalsız qaldı - Video
01:28
  "Qarabağ" - "İnter": Şəkillər
01:10
  Kamran yenə heyətə düşmədi
00:59
  “Kopenhagen”in qələbəsi - Video
00:44
  “Kəpəz”də məqsədim ilk “11-lik”də yer almaqdır”
00:31
  Səmədov azarkeşlərdən üzr istədi
00:18
  “Hədəfimiz ÇL-in qrupudur” - Rahid Əmirquliyev
00:00
  "Neftçi"nin məğlubiyyəti - Şəkillər
  19.08.17
22:57
  "Mahirə görə narahatam" - Qurban Qurbanov
22:41
  Toparlanmaq lazımdır" - Zaur Svanadze
22:35
  Əfran qələbədən danışdı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore