Almir Hurtiç: "Qəbələ" ilə matçda ev sahibi olmağımız əlavə üstünlükdür"

Almir Hurtiç: "Qəbələ" ilə matçda ev sahibi olmağımız əlavə üstünlükdür"
XƏBƏR 15 Fevral 2010 / 13:58 1641
-  A +

“Son iki oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Lakin komandamız baxımlı oyun nümayiş etdirdi. “Turan”la keçirilmiş son oyunda hava şəraiti və stadion örtüyünün əlverişli olmaması təbii olaraq nəticəyə öz mənfi təsirini göstərdi”. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib. Bosniyalı mütəxəssis bildirib ki, komanda əzmini itirməyib: “Qəbələ” ilə keçiriləcək növbəti matça ruh yüksəkliyi ilə hazırlaşırıq. Mənə elə gəlir ki, lazımi səviyyədə oyun nümayiş etdirsək, 3 xalı aktivimizə yaza bilərik. Ev sahibi olmağımız bizim üçün əlavə üstünlükdür. Düşünürəm ki, bu faktordan maksimum dərəcədə yararlanmalıyıq”.

Daha çox


Son xəbərlər