Nə günlərə qaldın, “Neftçi”!

Nə günlərə qaldın, “Neftçi”!
PREMYER LİQA 27 Noyabr 2016 / 16:07 10635
-  A +

13 oyun, 10 məğlubiyyət

Ölkəmizin ən köklü klubu olan “Neftçi” 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatları tarixində ən uğursuz dövrünü keçirməkdə davam edir.

Qol.az-ın xəbərinə görə, komanda bu gün Topaz Premyer Liqanın 13-cü turunun görüşündə də məğlubiyyətə uğrayıb. Bu, “ağ-qaralar”ın hazırkı çempionatda 10-cu məğlubiyyəti olub. Digər 3 oyunda isə komanda qələbə qazanıb.

Ümumilikdə, komanda 39 mümkün xaldan cəmi 9 xal toplayıb və hazırda autsayderlər sırasındadır. “Neftçi”nin bu mövsüm 1 heç-heçəsi belə yoxdur.

Komanda 13 turda cəmi 9 qol vurub, 29 qol buraxıb.

Qeyd edək ki, hazırda paytaxt təmsilçisi ilə liderlər “Qəbələ” və “Qarabağ” arasında düz 19 xal fərqi var. İndiyədək “Neftçi” ilə turnir cədvəlində ondan öncə qərarlaşan komandalar arasında bu qədər fərq isə olmamışdı. Nəzərə alsaq ki, bu tur “Qarabağ”ıa “Qəbələ” üz-üzə gələcək, o halda bu komandalardan ən azı biri ilə xal fərqinin daha da artacağı dəqiqdir.

Əlavə edək ki, “Neftçi” büdcəsinə görə Azərbaycan Premyer Liqasında ilk üçlükdə olsa da, nəticə baxımından hətta maddi durumu acınacaqlı vəziyyətdə olan “Kəpəz”dən də geri qalır.


Son xəbərlər