AZAL qələbəni əldən verdi, “Neftçi”nin 10-cu məğlubiyyəti

AZAL qələbəni əldən verdi, “Neftçi”nin 10-cu məğlubiyyəti
PREMYER LİQA 27 Noyabr 2016 / 17:49 12955
-  A +

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma oynanılıb.

“Kəpəz” öz meydanında “Neftçi”ni qəbul edib. Uzun illər ölkə futbolunda söz sahibi olan komandaların hazırkı durumları ürəkaçan deyil.

Görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyıb. Son turlar uğursuzluqla üzləşən “Kəpəz” qələbə qazanmaqla vəziyyətini bir qədər yaxşılaşdırıb.

Günün digər oyunu isə “AZAL Arena”da keçirilir. Ötən tur “Neftçi”ni məğlub edən Samir Abasovun komandası bu gün rəqibini məğlub etsə, turnir cədvəlində dördüncü pilləyə yüksələcəkdi. AZAL isə bu mövsüm ilk qələbəsini qazanmağa çalışacaqdı. Amma AZAL 86-cı dəqiqəyədək hesabda irəlidə olsa da, qələbəni əldən verib.
  

Topaz Premyer Liqası

XIII tur

27 noyabr

16:00. AZAL - “Sumqayıt” - 1:1
Qol:
Nuqzar Kvirtiya, 38 (1:0), Amil Yunanov, 86-pen. (1:1)
Qırmızı vərəqə: Adan Koronado, 85 (AZAL) 
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
“AZAL Arena”


14:00 “Kəpəz” - “Neftçi” - 2:0
Qol:
Orxan Əliyev, 27, Ebah, 49
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
Gəncə şəhər stadionu


28 noyabr (bazar ertəsi)

17:00 “Zirə” - “İnter”
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

29 noyabr (çərşənbə axşamı)

19:00 “Qarabağ” - “Qəbələ”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
“Azersun Arena”


N Klublar O Q H M T-F X
1 Qəbələ 12 8 4 0 27-4 28
2 Qarabağ 12 9 1 2 24-5 28
3 İnter 12 6 5 1 20-11 23
4 Kəpəz 13 3 6 4 9-11 15
5 Sumqayıt 13 3 5 5 12-18 14
6 Zirə 12 4 2 6 10-13 14
7 Neftçi 13 3 0 10 9-29 9
8 AZAL 13 0 5 8 5-25 5


Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol


Son xəbərlər