Haciyevski Kiprdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdi

Haciyevski Kiprdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdi
DÜNYA FUTBOLU 15 Fevral 2010 / 11:48 2467
-  A +

Milli komandamızın və “Bakı”nın keçmiş baş məşqçisi Coko Haciyevskinin çalışdırdığı Kiprin “Atromitos” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Atromitos” öz meydanında turnir cədvəlində ikinci pillədə qərarlaşan “Othellos Athienou”nu qəbul edib. Matç Haciyevskinin komandasının 2:0 hesablı qələbəsiylə başa çatıb. “Atromitos”un heyətində 11-ci dəqiqədə Hatzivasilis və 88-ci dəqiqədə Renato fərqləniblər. Bu qələbə sayəsində xallarının sayını 34-ə çatdıran “Atromitos” üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Haciyevskinin gəlişindən sonra “Atromitos” hələ də məğlubiyyət acısı yaşamayıb.  


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı