«Neftçi»nin yol qəzasında yaralanmış əməkdaşlarının səhhəti yaxşılaşıb

«Neftçi»nin yol qəzasında yaralanmış əməkdaşlarının səhhəti yaxşılaşıb
ÖLKƏ FUTBOLU 15 Fevral 2010 / 11:34 2298
-  A +

Ötən şənbə günü axşam Yevlaxdan Bakıya qayıdarkən yol qəzasına düşən «Neftçi» klubunun yaralanmış iki əməkdaşı - komandanın icraçı direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalov hazırda Neftçilər xəstəxanasında müalicələrini davam etdirirlər. Bu haqda Qol.Az-a «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, adları çəkilən hər iki şəxs palataya köçürülüb və səhhətləri normaldır.
T.Süleymanov «Neftçi»nin prezidenti Sadıq Sadıqovun yaralanmış əməkdaşların bütün xəstəxana xərclərini öz üzərinə götürdüyünü bildirib. Yol qəzasında həlak olan klubun iki əməkdaşı - Mətbuat və İnformasiya Departamentinin əməkdaşı, jurnalist Alim Malikoğlu və kadrlar şöbəsinin işçisi Vahid Həmidovun yas mərasiminin bütün xərclərini də «Neftçi» rəhbərliyi üzərinə götürüb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı