"Bakı" klubu “Neftçi”nin həlak olmuş əməkdaşlarının yaxınlarına başsağlığı verib

XƏBƏR 15 Fevral 2010 / 10:40 1819
-  A +

"Bakı" futbol klubu "Neftçi" klubunun əməkdaşlarının avtomobil qəzasına düşməsindən kədərləndiyini bildirib. “Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Alim Malikoğlu (Məmmədov) və kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidovun faciəvi şəkildə həyatını itirməsi ölkə ictimaiyyətinin nümayəndələrini olduğu kimi bizi də sarsıtdı. "Bakı" futbol klubu peşəkar vəzifələrini yerin yetirərkən həyatını itirən insanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin, axır qəminiz olsun!” – deyə klubun başsağlında bildirilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı