"Alınmadı" - Rikardinyo

"Alınmadı" - Rikardinyo
MÜSAHİBƏ 25 Noyabr 2016 / 11:25 3891
-  A +

"Qəbələ"nin futbolçusu Rikardinyo Avropa Liqasının qrup mərhələsinin V  turunda  "Anderlext"lə oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Oyun haqqında fikirlərini bilmək istərdik...

- Maraqlı oyun alınsa da, nəticə istədiyimiz kimi olmadı. Bizim yaxşı, keyfiyyətli futbolçularımız var. Əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışdıq, komanda şəkilində mübarizə apardıq. Düşünürəm ki, bütün mövqelərdə yaxşı oynadıq. Son dəqiqələrdə çalışdıq ki, oyunun axarını dəyişək, amma alınmadı.Əlbəttə, istəməzdik ki, sona yaxın iki qol buraxaq. Nəticəyə görə çox üzgünük.
 
- İkinci penalti zərbəsini kənara vurdun. Həmin epizod barədə nə deyə bilərsən?

- Çox üzgünəm. İlk zərbəm qol oldu, ammma hakim yaxınlaşaraq bildirdi ki, zərbədən öncə cərimə meydançasına futbolçu daxil olub. Hakim zərbəni yenidən yerinə yetirməyin lazım olduğunu bildirdi. Gördüyünüz kimi, topu kənara vurdum, səhvə yol verdim.
 
- Səncə, hakim düzgün qərar qəbul etmişdi?

- Hesabda önə keçməli olduğumuz anda bu şansı əldən verdik. Penalti zamanı bəxtimiz gətirmədi. Oyunçular həmişə cərimə meydançasına qaçırlar. Hakim həmin anda yersiz qərar qəbul etdi.
 
- Üç dəfə penaltini vurdunuz və hər üçünü eyni cinaha yönləndirdiniz. İkinci penalti zamanı ilk cəhdiniz qeydə alınmadıqdan sonra ikinci cəhdinizdə əks cinahı yoxlamağı düşünmədinizmi?

- Oyuna hazırlıq zamanı bir neçə futbolçu penalti zərbələrini vurmaq üçün məşqlər etmişdi. Məşqlərdə kimisi dəqiq zərbə vururdu, kimisinin zərbəsini də qapıçımız dəf edirdi. Komandamızda penaltiləri dəqiq yerinə yetirə bilən bir neçə futbolçu var. Amma mən meydanda özümü çox yaxşı hiss etdiyim üçün zərbələri vurmaq qərarına gəldim.
 
- Topaz Premyer Liqasının növbəti turunda rəqibiniz "Qarabağ”dır. Çempionluq uğrunda əsas rəqibiniz olan komanda ilə oyundan nə gözləyirsiniz?

- Asan olmayacaq. Rəqibin heyətində keyfiyyətli futbolçular cəmləşib. "Qarabağ” da bizim kimi Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Artıq çempionata qayıtmaq vaxtıdır. Çempionatda uğurlu çıxışımızı davam etdirmək və növbəti mövsümdə də Avrokuboklara vəsiqə qazanmaq istəyirik.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı