“Neftçi” klubunun iki əməkdaşı yol qəzasında dünyasını dəyişdi

“Neftçi” klubunun iki əməkdaşı yol qəzasında dünyasını dəyişdi
ÖLKƏ FUTBOLU 14 Fevral 2010 / 14:17 2763
-  A +

"Neftçi" klubunun üzvləri dəhşətli yol qəzasına uğrayıblar. Qol.Az-ın məlumatına görə, qəza nəticəsində klubun 2 işçisi həlak olub, 2 nəfər isə ağır xəsarət alıb.
Hadisə dünən axşam saatlarında komanda "Karvan"la oyundan sonra Yevlaxdan qayıdarkən baş verib. “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi 90 AU 203 “Hyundai Sonata” avtomobili Şamaxı-Bakı magistralının Abşeron rayonu ərazisində qəzaya uğrayıb. 
Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Həlak olanlar "Neftçi"nin Mətbuat və İnformasiya Departamentinin əməkdaşı, jurnalist Alim Malikoğlu və kadrlar şöbəsinin işçisi Vahid Həmidovdur. Digər iki yaralı - komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalov hazırda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Klubun prezidenti Sadıq Sadıqov dərhal qəza yerinə baş çəkib və vəfat edənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək verəcəyini bildirib.
Allah rəhmət eləsin!

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın