Nazim Süleymanov: “Futbolçularım verilən tapşırıqları tam olaraq yerinə yetirdilər”

Nazim Süleymanov: “Futbolçularım verilən tapşırıqları tam olaraq yerinə yetirdilər”
XƏBƏR 13 Fevral 2010 / 16:09 1881
-  A +

"Böyükağa Hacıyevin gəlişindən sonra "Standard" komandasında olan müsbət dəyişikliklər göz qabağındadır. Onların əvvəlki oyunlarını izləmişdim. “Aşağı altılıq"da əsas rəqiblərimiz olduğundan "Standard"la bugünkü oyuna ciddi hazırlaşmışdıq. Futbolçularım verilən tapşırıqları tam olaraq yerinə yetirdilər, qələbə qazandılar, onları təbrik edirəm. "Standard" klubuna gələcəkdə uğurlar arzu edirəm”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov deyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı