Emin Mahmudov «Saturn»a qələbə qazandırdı

XƏBƏR 13 Fevral 2010 / 14:38 2370
-  A +

Azərbaycanlı futbolçu Emin Mahmudov növbəti dəfə komandasının qələbəsində əsas pay sahibi olub. Qol.Az-ın məlumatına görə, Emin Rusiyanın «Saturn» klubunun heyətində Slovakiyanın «Dukla» komandasına qarşı oyunun 36-cı dəqiqəsində meydana çıxandan sonra birincilər iki qol vura bilib. Əvvəlcə 40-cı dəqiqədə Rusiya millisinin və Portuqaliya "Benfika"sının keçmiş üzvü Karyaka hesabı açıb, 52-ci dəqiqədə Mahmudov özü fərqlənib. «Dukla» buraxılan qollardan birinin əvəzini yalnız görüşün 85-ci dəqiqəsində Pixin penaltidən vurduğu zərbəylə çıxa bilib.


 


Son xəbərlər