"İlk altılığ"a dördüncü vəsiqəni "Bakı" qazandı

ÖLKƏ FUTBOLU 13 Fevral 2010 / 19:52 5708
-  A +

Bu gün Unibank Premyer Liqada XX turun oyunları keçirildi. Qol.Az saat 13:00-dan etibarən XX turun oyunlarından canlı-mətn reportaj yayımladı.

"İnter" - "Simurq" 2:1
"Şəfa" stadionu
Hakimlər: Hacıəli Ağayev, Munis Abdullayev, Vaqif Ayvazov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov

Oyun başa çatdı.

90. "Simurq" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Qunçakın cərimə zərbəsi qapı tirinə tuş gəldi.  

84. Elşən Məmmədovun başla zərbəsi qapının yanından keçdi.

77. "Simurq" hesabı bərabərləşdirsə də, hakim "Simurq"un hücumçusunun əllə oynadığını bildirərək, qolu hesaba almadı.

71. "İnter"də Obikadzenin əvəzinə Çervenko meydana daxil oldu.

67. "Simurq"da Sergey Artyuxu Nikolay Petrov əvəzlədi.

60. "İnter"də Roşanı Zlatinov əvəzlədi.

54. QOL. Ruslan Qunçak penaltini dəqiq yerinəı yetirməklə hesab arasındakı fərqi azaltdı.  

53. Levin sarı vərəqəylə cəzalandı. "Simurq" penalti yerinə yetirəcək.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. QOL. "İnter" ikinci qolu vurdu. Georgi Novalovski hesab arasındakı fərqi artırdı.   

42. "Simurq" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Lomaya Qunçakla təkbətəkdən qalib ayrılmağı bacardı.

33. "Simurq"da Andrey Rospopovu Nenad Beqoviç əvəzlədi.

32. "Simurq" hesabı bərabərləşdirə bilərdi. Lakin Andrey Rospopovun ayağı boşa çıxdı.

25. QOL. "İnter" hesabı açdı. Roşanın zərbəsi dirəyə dəysə də, Poşkus topu boş qapıya göndərdi.

23. Rubinsin zərbəsi qapıdan az fərqlə aralı keçdi.

12. "İnter" oyunda tam üstünlüyə yiyələnib. "Simurq" isə ümidini ək-hücuma bağlayıb.

1. İlk zərbə "Simurq"dan gəlsə də, Lomaya yerindədir.  

Oyun başladı.  

 

"Xəzər Lənkəran" - "Qarabağ" 0:0 
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Orxan Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Səfər Haşımov

Oyun başa çatdı.

90+2. Kamran Ağayev komandasının qoldan xilas etdi. Təcrübəli qolkiper son anda Vüqar Nadirovun zərbəsini küncə çıxara bildi.

90. "Qarabağ"da Rauf Əliyevi Rəşad Kərimov əvəzlədi.

82. Vüqar Nadirov sarı vərəqəylə cəzalandı.

81. Honduraslı forvar meydana çıxan kimi qol vurmağa çox yaxın idi. Lalin Fərhad Vəliyevi aldadaraq, hesabı açmağa çox yaxın olsa da, Rəşad Sadıqov ona fərqlənməm imkanı vermədi.

81. Kalinkmov cəmi 23 dəqiqə meydanda mübarizə apara bildi. Moldovalı hücumçu axsadığından onu Allan Lalin əvəzlədi.  

79. "Qarabağ"da Emin İmaməliyevi Vüqar Nadirov, Elvin Məmmədovu isə Aslan Kərimov əvəzlədi.

78. Opara Elnura qarşı kobud oyuna görə sarı vərəqəylə cəalandı.

73. Souzanın aşırma zərbəsi "çərçivə"yə düşmədi.

70. "Qarabağ"ın müdafiəçisi Admir Teli az qala avtoqol müəllifi olacaqdı. Son anda hər şey "Qarabağ" üçün yaxşı qurtardı.  

68. "Xəzər Lənkəran"da növbəti dəyişiklik. Kristian Kabralı Mario Souza əvəzlədi.

67. Kabralın uzaqdan zərbəsi qüvvətli alınsa da, "çərçivə"yə düşmədi.

60. Kalinkovun zərbəsi qapının üstündən keçdi.

58. "Xəzər Lənkəran"da Nizami Hacıyevi Denis Kalinkov əvəzlədi.

57. Kabralın zərbəsinin qarşısını son anda "Qarabağ"ın müdafiəçiləri kəsdilər.

53. Svetkovun zərbəsi qapıdan çox az fərqlə aralı keçdi.

51. "Qarabağ" təhlükəli nöqtədən cərimə zərbəsi yerinəı yetirdi. Lakin Rəşad Sadıqovun zərbəsi dəqiq alınmadı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

41. "Xəzər Lənkəran" hesabı aça bilərdi. Amma cinah ötürməsinə heç kim toxuna bilmədi.

39. "Qarabağ" oyunda ilk real qol epizodunu boşa verdi. Əfran İsmayılovun zərbəsində azacıq dəqiqlik çatışmadı.

36. Fərhad bu dəfə də keçilməzdir. Svetkovun zərbəsini "Qarabağ"ın qolkiperi dəf etdi.

29. Svetkovun zərbəsi qapının üstündən keçdi.

23. "Xəzər Lənkəran" oyunda ilk real qol epizodunu yaratdı. Lakin Fərhad Vəliyev son anda Opara ilə təkbətək mübarizədən qalib ayrıldı.

22. Emin İmaməliyevin zərbəsi qapıdan aralı keçdi.

16. Dünəndən yağan qar meydançanın vəziyyətini korlasa da, komandalar meydanın hər qarışı uğrunda amansız mübarizə aparırlar.

12. İvan Pexanın başla zərbəsi qapının üstündən keçdi.

9. Kabralın zərbəsi... Fərhad Vəliyev yerindədir.

3. Juninyonun zərbəsi elə də qüvvətli alınmadı.

2. "Qarabağ" oyunda ilk real qol epizodunu yaratdı. Lakin Rauf Əliyevin ötürməsindən sonra heç kim topa toxuna bilmədi. Halbuki qapı artıq boş idi.  

1. Topa mərkəzdən "Qarabağ" başladı.

Oyun başladı.

 

"Bakı" - "Qəbələ" 2:0 
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov

Oyun başa çatdı.

90+3. QOLLL. "Bakı" ikinci qolu vurdu. Uzun müddətdir tənqid hədəfinə çevrilən Adriano yeni komandasında qol hesabını açdı.  

90. Şarliyanın növbəti səhvi... Bu dəfə də hər şey "Bakı" üçün yaxşı qurtardı.

89. "Qəbələ" yüzfazilik şans yaxaladı. Şarliya çıxışda kobud səhvə yol verdi. Amma Borets topu boş qapıdan çıxarmağı bacardı.

85. "Bakı"da Jabanı Mahmud Qurbanov əvəzlədi.

77. "Bakı" ikinci qolu vurmağa çox yaxın  idi. "Zolaqlılar" "ev tapşırığı"nı çox gözəl yerinə yetirdilər. Lakin rəqib müdafiəçilər son anda Jabanın zərbəsinin qarşısını aldılar.

72. "Qəbələ"nin cərimə zərbəsi çox təhlükəli alındı. Son anda Şarliya Ostapın fərqlənməsinə imkan vermədi.

67. Stolpanın zərbəsi təhülkəli alınsa da, "çərçivə"yə düşmədi.

66. "Qəbələ"də sonuncu dəyişiklik. Paulinyonu Vurğun Hüseynov əvəzlədi.   

66. Adriano yüzfaizlik qol şansını boşa verdi.

64. "Bakı"da Bəxtiyar Soltanovu Adriano əvəzlədi.

63. Lopezin zərbəsi qapının üstündən keçdi.

61. "Bakı" hesab arasındakıf ərqi artıra bilərdi. Lakin Bəxtiyar Soltanovla Jaba bir-birilərini başa düşmədilər.  

59. "Qəbələ" az qala hesabı bərabərləşdirəcəkdi. Lakin Şarliya son anda sayıqlığını itirmədi.

54. "Bakı"da Adnan Bərəkəti Əziz Quliyev əvəzlədi.

49. Bəxtiyarın başla zərbəsi elə də qüvvətli alınmadı.

46. "Qəbələ" ikinci hissəyə dəyişikliklə başladı. Segey Sokolovu İqor Melnik əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+2. "Bakı" rəqibini əks-hücumda yaxaladı. Lakin Bəıxtiyar Soltanov əlverişli epizodda qapıya zərbə vurmaq əvəzinə, ötürmə verdi. Nəticədə rəqib müdafiəçilər topu uzalaşdırdılar.

45. Şarliya çıxışda səhvsiz oynadı.

41. Qoldan sonra da hər iki komanda hücumlarını davam etdirir.

35. QOLLL. "Bakı" hesabı açdı. Soliçin cərimə zərbəsindən ötürdüyü topu Jaba başla qapıdan keçirdi.

34. "Qəbələ"dən Ostap sarı vərəqəylə cəzalandı.

31. "Qəbələ"nin hücumu təhlükəli alındı. İki rəqibindən sıyrılan Stolpanın qarşısını son anda Saşa Yunisoğlu kəsdi.

23. "Qəbələ"də oyunçu dəyişikliyi. Kənan Kərimovu Kristian Torres əvəzlədi.

14. Soliçin cərimə zərbəsi təhlükəli alınsa da, top qapıdan azca aralı keçdi.

10. İlk dəqiqələrdən hər iki komanda hücum qurmağa çalışır. Qapılar qarşısında hələ ki, təhlükəli epizod yaranmayıb.

3. Oyun qarşılıq hücumlarla başlayıb.

Oyun başladı.

 

"Karvan" - "Neftçi" 0:1 
Yevlax şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Roman Vasilyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əhmədağa Cabbarov

Oyun başa çatdı.

64. "Neftçi"dən yenə də Nyaqanın zərbəsi təhlükəli alındı.  

54. Xaqani Məmmədovun zərbəsi bu dəfə də "çərçivə"yə düşmədi.  

47. Nyaqa dubl etməyə yaxın olsa da, rumıniyalı futbolçunun zərbəsi bu dəfə də qeyri-dəqiq alındı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

39. Qoldan sonra da üstünlük "Neftçi"nin tərəfindədir.

32. Xaqani Məmmədovun zərbəsi qeyri-dəqiq alındı.  

27. Nayqanın zərbəsi təhlükəli alındı.

22. QOLL. "Neftçi" hesabı aça bildi. Nyaqa hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirdi.

20. "Neftçi" son dəqiqələrdə üstünlüyü ələ alıb.

11. Xaqani Məmmədov şansını boşa verdi.

4. "Neftçi"dən Kruqlovun zərbəsi təhlükəli alındı.

Oyun başladı.

 

"Turan" - "Muğan" 1:0 
Tovuz şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Elşən Durmuşov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov

Oyun başa çatdı.

67. Rəşid Həsənovun zərbəsi qüvvətli alındı.

60. Fərrux İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

52. "Turan"dan Rəşid Həsənovun zərbəsi təhlükəli alındı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

34. Qoldan sonra da "Turan" hücumlarını davam etdirir.

25. QOL. "Turan" hesabı açdı. Valeri Onila fərqləndi.

21. "Muğan" bir qədər fəallaşıb.

12. İlk dəqiqələrdən "Turan" üstünlüyü ələ keçirib.

Oyun başladı.

 

 

"Olimpik-Şüvəlan" - "Standard" 2:0 
"Şəfa" stadionu
Hakimlər: Elnur Muradov, Aydın Ələkbərov, Mübariz Haşımov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Kərim Ağayev

Oyun başa çatdı.  

88. Aqil Nəbiyev sarı vərəqəylə cəzalandı.

87. "Olimpik-Şüvəlan" yüzfazilik şansı boşa verdi. Viktor İbekoyi boş qapının dəqiq nişan almaq əvəzinə zərbəsi müdafiəçiyə dəydi.

77. "Təyyarəçilər" üçüncü qolu vura bilərdi. Amma Tərlan Xəlilov zərbə vurmağa gecikdi.  

66. "Olimpik-Şüvəlan"da İsmael Fransiskonu Hüseyn Axundov əvəzlədi.  

63. QOL. İsmael Fransisko özünün və komandasının ikinci qolunu vurdu. Braziliyalı forvard cinahdan ötürülən topu bir toxunuşla qapıya göndərdi.

62. "Olimpik-Şüvəlan"da İlqar Qurbanovu Nuqzar Kviriteya əvəzlədi.

61. "Standard"da Fərid Quliyevi Vladimir Mazyar əvəzlədi.

59. "Standard"dan Vüqar Quliyev sarı vərəqəylə cəzalandı.

46. Elşən Poladov növbəti dəfə Maçadonun cərimə zərbəsini zərərsizləşdirdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

41. "Standard"ın heyətində ilk oyunçu dəyişikliyi. Andrey Kirşulu David Çiçveişvili əvəzləyir.

35. Fərid Quliyevin zərbəsi qapının yanından keçdi.

26. QOL. "Olimpik-Şüvəlan" hesabı açdı. "Təyyarəçilər"in yeni transferi İsmael Fransisko ardıcıl ikinci oyunda fərqləndi.

20. Meydan sahiblərini hücumu təhlükəli alındı. Lakin Tərlan Xəlilovun zərbəsi toru yandan silkələdi.

9. "Standard" hesabı aça bilərdi. Lakin Elşən Poladov son anda Uqo Maçadonun cərimə zərbəsinin qarşısını aldı. 

Oyun başladı.

 

TURNİR CƏDVƏLİ 

1

"İnter"

20

14

3

3

34-17

45

2

"Qarabağ"

20

11

7

2

19-10

40

3

"Xəzər Lənkəran"

20

11

7

2

26-11

40

4

"Bakı"

20

10

5

5

21-16

35

5

"Neftçi"

20

9

7

4

20-13

34

6

"Qəbələ"

20

9

5

6

22-20

32

7

"Simurq"

20

7

7

6

22-20

28

8

"Olimpik-Şüvəlan"

20

6

6

8

19-20

24

9

"Turan"

20

4

4

12

21-29

16

10

"Muğan"

20

3

5

12

12-27

14

11

"Karvan"

20

2

4

14

16-32

10

12

"Standard"

20

2

4

14

14-31

10

   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord