Berti Foqts: «Mən əsəbiləşəndə futbolçular yanımda dayanmaq istəmirlər»

Berti Foqts: «Mən əsəbiləşəndə futbolçular yanımda dayanmaq istəmirlər»
MÜSAHİBƏ 12 Fevral 2010 / 19:16 3248
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi


- Bakıya xoş gəlmisiniz!
- Çox sağ olun. Mən burada özümü evdəki kimi hiss edirəm.
- Sizin «Avro-2012» haqda fikirlərinizi biz artıq xarici mətbuatdan bilirik.
- Bəli, mən demişəm və yenə də təkrar edirəm, bu qrup çox çətin bir qrupdur. Almaniya bu qrupun favoritidir. Yenidən öz həmyerlilərimə qarşı oynamaqdan şad olacağam. Türkiyə ikinci yerə əsas namizəddir. Amma Belçika və Avstriyanı da yaddan çıxarmamalıyıq. Qazaxıstan da gücü çatdığı qədər mübarizə aparacaq.
- Bəs, bizim komandaya nə lazımdır?
- Son oyunları yaddan çıxarmaq və yaxşı nəticə üçün öz üzərində işləmək. Rusiya ilə oyun artıq keçmişdə qaldı. Şəxsən mən inanıram ki, biz DÇ-2010 seçmə mərhələsindən daha çox xal toplaya bilərik. Mənə klublardan kömək lazımdır. Klubların məşqçiləri oyunçuların üzərində işləməlidirlər. Biz yalnız bu halda uğur qazana bilərik.
- Sizin bəzi həmkarlarınız 9 xaldan və qrupda 3-4-cü yeri tuta biləcəyimizdən danışırlar.
- Mən öz həmkarlarımın sözlərini şərh etmək istəmirəm, qoy, hər kəs öz fikrində qalsın. Düşdüyümüz çətin qrup əvvəlcədən nəsə deməyə imkan vermir.
- Almaniyanın baş məşqçisi Yoahim Lövlə danışmaqa vaxt tapdız?
- Onun fikri indi yalnız CAR-da keçiriləcək dünya çempionatındadır. Heç kim deyə bilməz ki, bu mundialdan sonra o öz postunda qalacaq, ya yox. Mən şəxsən ona qarşı oynamağı çox istəyirəm.
- Yəqin ki, siz Mahir Şükürovun milliylə bağlı fikirlərindən xəbardarsınız?
- Bəli. Azərbaycan idmanından xəbərim var hətda - şahmat, güləş, cüdo və sair. Əlbəttə ki, futbolda baş verənlərdən də məlumatlıyam (gülür). Bu gün mən Şükürovla görüşdüm. O dedi ki, milliyə kömək etməyə hazırdır.
- Millinin budəfəki uzunmüddətli təlim məşq toplanışında Mahir Şükürov və Vaqif Cavadov iştirak edəcəklər?
 - Mən onları milliyə çağırmağı planlaşdırmamışdım. Şükürov mənə deyir ki, Mahaçqalada gündə 4-5 saat məşq edir. Bu cox vacibdir. Kaş, bizim klublarda da belə olaydı.
- Yoldaşlıq oyunlarında rəqiblərimiz artıq bəllidir?
- Biz gərək qrupumuzdakı komandalarla bir üslubda oynayan rəqib tapaq. 3-4 komanda var, amma onlarla oynayacağımız hələ sual altındadır. Konkret heç nə deyə bilmərəm. Birdən, sonra deyərsiniz ki, yalan danışdı, ya da komandalar Azərbaycanla oynamaq istəmir. (gülür)…
- İordaniya və Lüksemburqla oyunlar sizin üçün vacibdir?
- İstənilən oyun mənim üçün hər zaman vacibdir. Biz məğlub olanda, mən çox əsəbiləşirəm. Oyunçular bunu hiss edirlər və belə vaxtlarda yanımda dayanmaq istəmirlər. Əlbəttə, belə yoxlama oyunlarında biz təzə oyunçuların nəyə qadir olduqlarını görəcəyik.
- Növbəti hazırlıq may ayındadır?
- Bəli, mən komandanı bir neçə günlük yığmaq fikrindəyəm. İstəyirəm təlim-məşq toplanışını Almaniyada keçərəm, orada iki yoxlama oyununda komandaya baxam. Futbolçular müəyyən mərhələlər keçməlidirlər ki, biz də onların nəyə qadir olduğunu bilək.
- Özünüzə yeni köməkçi tapdınız?
- Seçim etməkdə tələsmirik. Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan uşaqlara rəhbərlik edən Təbriz Həsənovun işindən çox razı qaldım. Başqa namizədlər də var.

Mənbə: ATV

Daha çox


Son xəbərlər