Berti Foqts məşqçilərlə görüşdü

Berti Foqts məşqçilərlə görüşdü
XƏBƏR 12 Fevral 2010 / 18:00 1778
-  A +

Bu gün AFFA-nın inzibati binasında «Azercell U-17 liqa», «Kapital Bank U-15 liqa» və U-13 liqasında çıxış edən komandaların məşqçiləri ilə görüş keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və assosiasiyanın texniki direktoru Bernhard Lippert iştirak ediblər. Tədbirdə qeyd olunan turnirlərin daha da yüksək səviyyədə keçirilməsi və bu liqalara peşəkar münasibətin vacibliyi vurğulanıb. Milli komandanın baş məşqçisi Berti Foqts görüşdə iştirak edən məşqçilərə müvafiq tövsiyələrini verib.

Son xəbərlər