Mahir Şükürovun baş məşqçisi qalmaqallı oyundan danışdı

Mahir Şükürovun baş məşqçisi qalmaqallı oyundan danışdı
XƏBƏR 12 Fevral 2010 / 14:28 1921
-  A +

Milli komandamızın üzvü Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze Bolqarıstanın “Slaviya” klubuna qarşı keçirilən qalmaqallı oyundan danışıb. Qol.Az-ın məlumatına görə, gürcü mütəxəssis “Sport-Ekspress”ə verdiyi müsahibədə yoldaşlıq oyunun başa çatdırılmamasına görə, görüşü idarə edən ukraynalı hakimləri günahlandırıb: “Yaxşı ki, hər iki oyunçumuz - Aladaşvili və Pekoviçin zədəsi elə ciddi olmadı. Həkimlərin dediyinə görə, hər iki futbolçu növbəti təlim-məşq toplanışına qədər hazır olacaqlar. Bizim üçün hər bir oyunçu dəyərlidir. O ki qaldı oyuna, hər iki tərəf çox kobud oynayırdı, emosiyalar son həddə çatmışdı. Ukraynalı hakimlərin idarəçiliyə isə aşağı səviyyədə idi. Bu da gərginliyi daha da artırırdı. İkinci hissənin əvvəlində rəqib futbolçu bizim oyunçu Aladaşviliyə qarşı çox kobud oynadı. Lakin hakimin fiti bu epizodda susdu. Rəqib bizim oyunçuya elə güclü zəırbə endirdi ki, o bir necə dəqiqə yerdən qalxa bilmədi”.


Son xəbərlər