“Çelsi” aparıcı futbolçusunu itirdi

“Çelsi” aparıcı futbolçusunu itirdi
DÜNYA FUTBOLU 12 Fevral 2010 / 00:12 2852
-  A +

İngiltərə milli komandasının və “Çelsi”nin müdafiəçisi Eşli Koul ciddi zədə alıb. Qol.Az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, “Everton”la qarşılaşmada zədələnən Koul 3 ay meydana çıxa bilməyəcək. Həkimlərin proqnozu doğrulsa, təcrübəli müdafiəçinin qayıdışı mayın 9-da reallaşa bilər. Həmin gün “Çelsi” “Uiqan”la görüşəcək.
Uzun müddətə sıradan çıxan Koulun həm də qarşıdakı dünya çempionatındakı iştirakı sual altına düşüb. Çox güman ki, İngiltərə millisinin baş məşqçisi Fabio Kapello qarşıdakı yoxlama oyununda Koulun əvəzinə Ueyn Bricə dəvət göndərəcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı