Həmyerlimizin klubu Ukrayna təmsilçisinə məğlub oldu

Həmyerlimizin klubu Ukrayna təmsilçisinə məğlub oldu
XƏBƏR 12 Fevral 2010 / 00:05 1867
-  A +

Həmyerlimiz Emin Mahmudovun çıxış etdiyi Rusiyanın “Saturn” klubunun əvəzedici heyəti bu gün növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Saturn”un gəncləri Ukraynanın “Qelios” klubu ilə qarşılaşıblar. Matç Xarkov təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Komandasının məğlub olduğu görüşdə həmyerlimiz meydana çıxmayıb. Baş məşqçi Aleksey Nosnikov Eminə nə ilk yarıda, nə fasilədən sonra şans verib.       

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi