Azərbaycan nümayəndə heyəti Qış Olimpiya Oyunlarına yollandı

XƏBƏR 11 Fevral 2010 / 19:17 1958
-  A +

Bu gün Azərbaycan nümayəndə heyəti 2010-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi Kanadanın Vankuver şəhərinə yola düşüb. Bu haqda Qol.Az-a Milli Olimpiya Komitəsinin (MOK) üzvü, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, tanınmış jurnalist Elnur Əşrəfoğlu məlumat verib.
Nümayəndə heyətinin tərkibində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un departament rəhbəri Camaləddin Rəhmanov və MOK-ın üzvü, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, tanınmış jurnalist Elnur Əşrəfoğlu daxildir.
E.Əşrəfoğlunun verdiyi məlumata görə, nümayəndə heyəti Bakı-London-Vankuver reysiylə səfərə çıxıb: “15-20 dəqiqəyə Vankuverə yollanacağıq. Sabah Bakı vaxtıyla səhər saat 5:15-də ora çatacağıq. Olimpiadada ölkəmizi təmsil edəcək Sedrik Notz və Qaya Bassani Antivari, eləcə də onların məşqçiləri Silven Morikslə David Quanella Kanadaya İsveçrədən uçublar. Bu gecə onlar Vankuverə çatacaqlar. Sabah səhər saat 7-də Vankuver qış olimpiya kəndindən Azərbaycan bayrağı yüksəldiləcək. Olimpiadanın açılışı da sabah baş tutacaq və idmançılarımız rəsmi paraddan keçəcəklər. İdmançılarımızın qatıldıqları yarışlar ayın 20-də start götürəcək.
Qeyd edək ki, fevralın 28-dək davam edəcək Qış Olimpiya Oyunlarında 15 növ üzrə 86 dəst medal sahibini tapacaq. Ölkəmizi təmsil edəcək idmançılara gəldikdə, Sedrik Notz əslən isveçrəli, Qaya Bassani Antivari isə italiyalıdır. Onlar dağ xizəkçiliyi növündə böyük slalom və slalom yarışlarına qatılacaqlar. Notz kişilərin, Antivari isə qadınların yarışında qüvvəsini sınayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı