ÇSKA-nın hücumçusu Mahir Şükürovun komanda yoldaşı oldu

ÇSKA-nın hücumçusu Mahir Şükürovun komanda yoldaşı oldu
XƏBƏR 11 Fevral 2010 / 18:45 2132
-  A +

Bolqarıstanın ÇSKA klubunun hücumçusu Todor Timonov karyerasını “Anji”də davam etdirəcək. Qol.Az-ın Mahaçqala klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, milli komandamızın müdafiəçisi Mahir Şükürov da yanvardan “Anji”nin şərəfini qoruyur.

Daha çox


Son xəbərlər