“Bakı” “Qəbələ” ilə oyuna aparıcı müdafiəçilərsiz çıxacaq

“Bakı” “Qəbələ” ilə oyuna aparıcı müdafiəçilərsiz çıxacaq
PREMYER LİQA 11 Fevral 2010 / 17:32 2929
-  A +

Son ölkə çempionu "Bakı" Premyer Liqanın XX turunda "Qəbələ"yə qarşı keçirəcəyi oyuna heyətdəki bir sıra itkilərlə hazırlaşır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Birlik Kuboku"nda zədələnən və müalicəsi davam edən Saşa Yunisoğlu məşqlərə qatılmır. "Neftçi" ilə oyunda sarı vərəqə alaraq qarşıdakı turda cəzalı duruma düşən Stevan Batesin də "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdir.
"Qəbələ" ilə oyunun keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunda məşq edən paytaxt təmsilçisinin şənbə günü baş tutacaq qarşılaşmada mütləq qələbə hədəflədiyi bildirilir.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı