“Neftçi”nin sabiq məşqçisi dünyasını dəyişdi

“Neftçi”nin sabiq məşqçisi dünyasını dəyişdi
XƏBƏR 11 Fevral 2010 / 15:58 2323
-  A +

“Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov dünyasını dəyişib. Qol.Az-ın məlumatına görə, veteran futbolçu 68 yaşında İspaniyanın Marbelye şəhərində vəfat edib.
Sevidov son illərdə Rusiyanın “Sovetskiy Sport” qəzetində şərhçi kimi çalışıb.1962-ci ildə “Neftçi”nin hücumçusu Eduard Markarovla birgə SSRİ çempionatının bombardiri olub. 1961-ci ildən SSRİ idman ustası olan Sevidov futbolçu karyerasını bitirdikdən sonra məşqçi və televiziyada şərhçilik edib.
Yuri Sevidov SSRİ-də tanınmış futbol məşqçilərindən Aleksendr Sevidovun oğludur. Sevidovlar 1987-ci ildə “Neftçi”də birgə çalışıblar.

Daha çox


Son xəbərlər