"Azərbaycan millisinə çağırıldığım üçün çox sevinirəm"

"Azərbaycan millisinə çağırıldığım üçün çox sevinirəm"
ÖLKƏ FUTBOLU 7 Noyabr 2016 / 10:11 8677
-  A +

"Bursaspor"un futbolçusu Dəniz Yılmaz ilk dəfə millimizə çağırılması ilə bağlı fikirlərini bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, dəvətlə əlaqədar çox həyəcanlı olmadığını deyib:

"Türkiyə millisinə çağırıldığım kimi yüz faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm.Yeni bir mühitə girirəm. Çox xoşbəxtəm. Türkiyənin əsas millisində oynamaq nəsib olmadı. Artıq bütün diqqətimi Azərbaycana yönəldirəm. Əlimdən gələni edəcəyəm. Oyunlarda sona kimi mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".

Qeyd edək ki, D.Yılmaz DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun üçün ilk dəfə millimizə çağırılıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord