FİFA prezidenti Azərbaycan futbolundan danışdı

FİFA prezidenti Azərbaycan futbolundan danışdı
XƏBƏR 11 Fevral 2010 / 15:08 2276
-  A +

FİFA prezidenti Yozef Blatter bu ilin yanvarında Moskvaya səfəri zamanı AFFA prezidenti Rövnəq Abdullayevla apardığı müzakirələrlə bağlı açıqlama verib. Qol.Az-ın «Region plus» nəşrinə istinadən verdiyi məlumata görə, Blatter görüş zamanı Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışdıqlarını deyib: «Son illər sizin ölkədə futbolun inkişafı ilə bağlı çoxlu iş görülüb. Əlbətdə, FİFA bütün bu işlərə dəstək olur. Azərbaycan 2011 və 2013-cü illərdə keçiriləcək çimərlik futbolunun final mərhələlərinə və 2012-ci ildə qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatı final mərhələsinə ev sahibliyi etmək istəyir. Biz bu məsələylə bağlı obyektiv qərarı yalnız bütün sənədlər lazımı orqanlara göndəriləndən sonra verə bilərik. FİFA ən layiqlini seçəcək».

Son xəbərlər