Rahid Əmirquliyev: “Belə getsə, çempion son turda müəyyənləşəcək”

Rahid Əmirquliyev: “Belə getsə, çempion son turda müəyyənləşəcək”
MÜSAHİBƏ 6 Noyabr 2016 / 19:16 5242
-  A +

“Mən deməzdim ki, bütün gücümüzü ortaya qoymamışdıq. Sadəcə, süni ot örtüyündə oynamaq bizə çətinlik yaradırdı. AZAL-la matçda da belə olmuşdu. İkinci hissədə lazım olan qolları vurub, qələbə qazandıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

O. Topaz Premyer Liqanın 11-ci turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistləri maraqlandıran sualları cavablandırıb.


- Çempionluq uğrunda əsas rəqibiniz “Qəbələ” bu gün qələbə qazana bilmədi və turnir cədvəlində xallarınız bərabərləşdi...

- “Qəbələ”nin xal itirməyindən xəbərim yox idi. Ancaq bu, bizim üçün yaxşı oldu.

- “Qəbələ”dən belə bir nəticə gözləyirdin?

- Xeyr, gözləmirdim. Həm “Qəbələ”, həm də bizim üçün hər oyun çətin keçir. Belə davam etsə, son turan qədər çempionun adı məlum olmayacaq, daha maraqlı olacaq.

- Çempionluq uğrunda mübarizədə digər komandalar geridə qalır...

- “İnter” çempionata yaxşı başlamışdı. Düşünürəm ki, onları bu yarışdan silmək olmaz.

- Qarşıdan milli komandanın oyunu gəlir. Matç qrafikinin sıx olması yorğunluq yaratmır?

-  Əlbəttə, yorğunluq olur. Lakin milli komandanın oyununa qədər tam hazır olacağıq.

- Son olaraq, Şimali İrlandiya ilə matçda millimizin şansını necə dəyərləndirirsən?

- Çətin oyun olacaq, lakin yaxşı nəticə qazanmaq üçün şansımız var. Ən azından bir xalla dönəcəyimizə inanırıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord