“Bu meydandan sağ-salamat qayıdırıqsa, böyük işdir” – Samir Abasov

“Bu meydandan sağ-salamat qayıdırıqsa, böyük işdir” –  Samir Abasov
PREMYER LİQA 5 Noyabr 2016 / 16:38 4691
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 11-ci turunda Gəncədə “Kəpəz”lə keçirilən oyun (0:0) haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, o, CBC Sport-a açıqlamasında əsasən meydançanın durumundan geliyləlib:

“Bu cür meydançada nəinki oynamaq, hətta gəzmək də çətindir. Bu gün oyunu rəqib futbolçularına qarşı yox, meydançaya qarşı qurmuşduq. Belə olan halda futbolçulardan çox şey tələb etmək, taktiki gedişlərdən bəhrə gözləmək düz deyil. Bu cür meydançadan sağ-salamat qayıdırıqsa, bunun özü böyük işdir”.

S.Abasov “Sumqayıt”ın heç bir futbolçusunun milliyə dəvət olunamamsına da münasibət bildirib:

"Nəinki mən, bütün həmkarlarım öz futbolçusunu millidə görmək istəyir. Bu məşqçi üçün baş ucalığıdır. Prosineçki əgər "Sumqayıt”dan heç kimi yığmaya dəvət etmirsə, haqqı var. Deməli, layiq deyillər ki, çağırılmırlar”.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq