“Bəxtimiz gətirmədi” – “Qəbələ”nin futbolçusu

“Bəxtimiz gətirmədi” –  “Qəbələ”nin futbolçusu
MÜSAHİBƏ 4 Noyabr 2016 / 20:45 3265
-  A +

“Qəbələ”nin futbolçusu Rikardinyo Avropa Liqasının qrup mərhələsinin IV turunda   "Sent-Etyen"lə keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Ağır oyun oldu. Qələbə qazanmağa çalışdıq, amma bəxtimiz gətirmədi. Yaxşı mübarizə apardıq. Fikirləşirəm ki, komandamız üçün təcrübə oldu və qaldığımız yerdən də davam etməliyik. Çünki hər bir halda bu, bizim xeyrimizədir.
 
- Qrupda keçirdiyiniz dördüncü oyunda meydanı xalsız tərk etdiniz və qrupdan çıxmaq şansını əldən verdiniz.

- Təəssüflər olsun ki, belə oldu. Qarşıdan gələn oyunları düşünüb, mübarizə aparmalıyıq. Bizim üçün çətin olacaq. Çünki növbəti mərhələyə yüksəlmək istəyirdik.

- Düşünmək olar ki, “Qəbələ” bundan sonra qrup mərhələsinin oyunlarından daha çox çempionat oyunlarına önəm verəcək?

- Xeyr, biz həm Avropa Liqasının qrup mərhələsində  çıxış edirik, həm də ölkə çempionatında. Hər bir halda qələbə qazanmaq üçün meydana çıxacağıq. Şansmız olsa da, olmasa da. Hazırda Premyer Liqada ilk pillədə qərarlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər