"Olimpik-Şüvəlan" məşqlərini bərpa edib

"Olimpik-Şüvəlan" məşqlərini bərpa edib
XƏBƏR 11 Fevral 2010 / 12:31 1740
-  A +

Premyer Liqanın XX turunda "Standard" klubunu qəbul edəcək "Olimpik-Şüvəlan" məşqlərini bərpa edib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Şəfa" stadionunda gündə 1 dəfə olmaqla məşq edən Nazim Süleymanov komandası sabahdan "Crescent Beach" mehmanxanasında toplanışa başlayacaqlar.
Qeyd edək ki, Premyer Liqasının son turunda zədələnən müdafiəçi Sergey Laşenkovun şənbə günü "Standard"la keçiriləcək oyunda meydana çıxmayacağı dəqiqdir. Həkim müayinəsindən sonra burun sümüklərində sınıq aşkarlanan 30 yaşlı müdafiəçinin 2 həftə müalicə olunacağı bildirilir. Komandanın digər müdafiəçisi Usim Ndukanın oynaması isə sual altındadır. Belə ki, beyin silkələnməsi aşkarlanan nigeriyalı müdafiəçi həkim nəzarətindədir.

Mənbə: pfl.az


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"