“Poqba qırmızı vərəqə almalı idi” – Rəşad Eyyubov

“Poqba qırmızı vərəqə almalı idi” – Rəşad Eyyubov
MÜSAHİBƏ 4 Noyabr 2016 / 03:35 5444
-  A +

“Qəbələ”nin futbolçusu Rəşad Eyubov Avropa Liqasının qrup mərhələsinin IV turunda   "Sent-Etyen"lə keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətin səbəbi nə idi?

- Oyuna yaxşı başlamışdıq. İlk hissədə qol da vurduq. Səhvlərimiz nəticəsində qapımızda qollar gördük. Təəssüf ki, ilk hissənin sonuna qədər hesabı saxlaya bilmədik. Məğlub olduğumuza görə təəssüflənirəm.
 
- "Qəbələ”nin öndə olarkən hesabı qorumağa ustalıq səviyyəsi, yoxsa təcrübəsi çatmadı?

- Mən belə düşünmürəm. Bərabər səviyyəli oyun keçdi. Bəzən biz daha üstün oyun göstərirdik. Bizim qol vurmaq üçün imkanlarımız oldu.

- Sent-Etyen” məcbur edirdi ki, "Qəbələ” səhv etsin, bəs "Qəbələ” niyə əksini edə bilmədi?

- Yalnız biz səhv etdiyimizi deməzdim. Onlar da səhvə yol verirdilər. Vurduğumuz qol zamanı da rəqib qapıçı səhv etmişdi.
 
- Oyunun qırılma nöqtəsi Poqbaya qırmızı vərəqə verilməməsi ola bilərmi?

- Məncə, həmin epizodda hakim yalnış qərar verdi. Poqba qırmızı vərəqə almalı idi.
 
- Qrupda iki oyununuz qalıb. Həmin oyunlarda əsas motivasiyanız nə olacaq?

- Qrupdan çıxmaq şansımız qalmayıb. Bundan sonra bacardığımız qədər xal toplamaq istəyirik.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı