“Qəbələ” “Bakı” ilə oyuna paytaxtda hazırlaşacaq

XƏBƏR 11 Fevral 2010 / 12:28 1652
-  A +

Premyer Liqanın XX turunda son ölkə çempionu "Bakı"nın qonağı olacaq "Qəbələ" klubu bu gün paytaxta gələcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Elite" mehmanxanasında məskunlaşacaq komanda axşam saatlarında "Ədliyyə" stadionunda məşq edəcək. Cümə günü isə "Bakı" ilə oyunun baş tutacağı T.Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq Ramiz Məmmədovun komandası oyundan qalib ayrılaraq ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Qeyd edək ki, şənbə günü "Bakı" ilə keçiriləcək oyun öncəsi "Qəbələ"nin heyətində zədəli və cəzalı futbolçu yoxdur.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord