"Rubin"in direktoru: "Araz Abdullayevin transferi üçün "Neftçi" ilə danışıqlara başlayacağıq"

"Rubin"in direktoru: "Araz Abdullayevin transferi üçün "Neftçi" ilə danışıqlara başlayacağıq"
ÖLKƏ FUTBOLU 10 Fevral 2010 / 17:24 2860
-  A +

Rusiyanın “Rubin” klubunun rəhbərliyi komandanın əvəzedici heyətində baxışda olan Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Araz Abdullayevi bəyənib. Bu haqda “Rubin”in idman direktoru Muhsin Muhamadiyev məlumat verib. Onun sözlərinə görə, Kazan klubunun əvəzedici komandasının Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı zamanı Abdullayev baxışdan normal hazırlıqlı futbolçu kimi keçib. Muhamadiyev tezliklə millimizin yarımmüdafiəçisinin “Rubin”ə transferini həll etmək üçün “Neftçi” rəhbərliyi ilə danışıqlara başlayacaqlarını bildirib. Lakin o, Abdullayevin ikiqat Rusiya çempionunun əsas heyətində oynaması üçün hələ tez olduğunu açıqlayıb: “Hələlik baxacağıq. Gələcəkdə özünü göstərə bilsə, onu əsas komandamıza götürə bilərik. Əlbəttə, bu, baş məşqçimiz Kurban Berdıyevin qərarından asılı olacaq”.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord