Şəhriyar Əliyev: "Mən "Bakı"nın yox, "Qarabağ"ın yetirməsiyəm"

Şəhriyar Əliyev: "Mən "Bakı"nın yox, "Qarabağ"ın yetirməsiyəm"
ÖLKƏ FUTBOLU 14 Avqust 2014 / 10:55 6143
-  A +

"Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

"Bakı"dan transfer olunan milli komandamızın üzvü  sabiq komandasının onun üçün "Qarabağ"dan kompensasiya tələb etməsinə münasibət bildirib: "Mən 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. 17 yaşıma qədər "Bakı"da çıxış etsəydim, onda Akademiyanın yetirməsi sayılardım.  Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür".

Qeyd edək ki, son günlər "Bakı" rəhbərliyi Şəhriyar Əliyevin və Namiq Ələsgərovun klubun futbol akademiyasının yetirməsi olduğunu, "Qarabağ"ın onlardan xəbərsiz  həmin oyunçuları heyətinə cəlb etdiyini açıqlayıb, buna görə təzminat tələb edib.

Daha çox


Son xəbərlər