Rəşad Sadıqov daha üç il “Qarabağ”da

Rəşad Sadıqov daha üç il “Qarabağ”da
ÖLKƏ FUTBOLU 2 İyun 2014 / 13:21 3147
-  A +

“Qarabağ” kapitanı Rəşad Sadıqovla müqavilənin müddətini uzadıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu bugünlərdə Ağdam təmsilçisi ilə üç illik müqavilə bağlayıb. Beləliklə, yeni sözləşməyə əsasən, 32 yaşlı futbolçu 2017-ci ilin iyun ayına qədər “Qarabağ”ın şərəfini qoruyacaq.

R.Sadıqov Qol.Az saytına açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, R.Sadıqov "Qarabağ"da 2009-cu ilin iyun ayından çıxış edir. O, yalnız 2010-11 mövsümündə Türkiyənin "Eskişehirspor" klubunda çıxış edib. 2011-ci ildə yenidən "Qarabağ"a qayıdıb və o vaxtdan indiyədək bu komandada oynayır.

Daha çox


Son xəbərlər