“Qarabağ”dan ilk transfer

“Qarabağ”dan ilk transfer
ÖLKƏ FUTBOLU 23 Yanvar 2014 / 14:16 6172
-  A +

“Qarabağ” qış fasiləsində ilk transferini gerçəkləşdirməyə hazırlaşır.

Qol.Az-ən əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi yaxın günlərdə Tiflis “Dinamo”sunun hücumçusu Jaba Dvali ilə müqavilə imzalayacaq.

Bununla da, o, hazırkı heyədə Nikolas Gelaşvilidən sonra “Qarabağ”ın ikinci gürcüstanlı hücumçusu olacaq.

28 yaşlı hücumçu peşəkar futbolçu karyerasına başlayandan – 2004-cü ildən bəri Gürcüstanın “Sioni”, “Çikhura”, “Olimpi”, “Zestafoni” Moldovanın “Daçia” klublarında da oynayıb. Karyerasına Tiflis “Dinamo”sunda başlayan (2004-2007) Jaba Dvalinin son klubu də bu komanda olub. O, 2012-ci ildən meydana çıxdığı 42 qarşılaşmada 25 qol vurub.

2012-ci ildə Gürcüstan millisinə də dəvət alan Jaba ölkənin əsas komandasına bir oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər