Güvenç Kurtar "Rəvan"la müqavilə bağladı (YENİLƏNİB)

Güvenç Kurtar  "Rəvan"la müqavilə bağladı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 6 Yanvar 2014 / 21:34 2677
-  A +

Türkiyəli çalışdırıcı Güvenç Kurtarın "Rəvan"a keçidi rəsmiləşib.

Qol.Az-ın xəbərinə görə, iki gündür Azərbaycanda olan təcrübəli mütəxəssis Türkiyə mətbuatına açıqlamasında "Rəvan"la bir illik müqavilə imzaladığını bildirib.

Klubun rəsmi saytı da bu barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Beşiktaş”, "Mersin İdman Yurdu”, "Bursaspor”, "Altay” və "Kocaelispor”da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi” olan Kurtar daha sonra "Kocaelispor”, "Sarıyer”, "Petrolofisi”, "Əskişəhərspor”, "Zeytinburnuspor”, "Diyarbəkirspor”, "Elazığspor”, "Akçaabat Sebatspor”, "Çaykur Rizəspor”, "Dənizlispor”, "Bursaspor”, "Altay” və "Adana Dəmirspor”da fəaliyyət göstərib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı