"İmarət" ilə yekun vurdu (FOTOLAR)

"İmarət" ilə yekun vurdu (FOTOLAR)
XƏBƏR 23 Dekabr 2013 / 00:35 1820
-  A +

"Qarabağ" komandasının azarkeş qrupu olan "İmarət" fan-klubu ənənəvi olaraq ilin hesabat tədbirini keçirib.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qafqaz Point Hotel"də baş tutan tədbirə "Qarabağ" Futbol Klubunun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçulardan Rəşad Sadıqov, Qara Qarayev, Namiq Yusifov da iştirak edib. Eyni zamanda içtimai, sosial xadimlər də tədbirə təşrif buyuranlar arasında olub.
 
Tədbirin başlanğıcında azarkeş qrupunun üzvü Qabil Hüseynov "İmarət"in 2013-cü ildə gördüyü işlər haqqında hesabat verib. Ardınca, Əmrah Çəlikəl çıxış edərək "İmarət"in varlığının "Qarabağ" ruhuna xusüsi ab-hava gətirdiyi bildirib. Əmrah bəyin ardınca Qarabağ qazisi Rey Kərimoğlu, "Qarabağ" Futbol Klubunun tarixinə adlarını yazdırmış Habil Qurbanov, Adil Nadirov və başqaları çıxış edərək "Qarabağ", İmarət haqqında tədbir iştirakçılarına öz xatirələrini danışıblar.


Bundan sonra isə mükafatlandırma mərasimi baş tutub. Azarkeşlər ötən il ən yaxşıları seçmələrinə baxymayaraq, bu il sadəcə ən yadda qalanları fərqləndiriblər.  Mükafatları isə  `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov təqdim edib. Belə də komandamızın kapitanı Rəşad Sadıqov "Qarabağ" adına sadiq qaldığı üçün, "Ən sadiq futbolçu" nominasiyasına layiq görülüb. Klubun meneceri Asif Əsgərov azarkeşlərlə işini təşkilini görə "Azarkeşin dostu" adı ilə təltif olunub. Bu il "İmarət" fan klubu ölkədə ilk dəfə olaraq azarkeşlik etdiyi komandaya mahnı bəstələmişdi. Bu mahnının bəstələnməsində heç bir təmməna güdmədən ürəklə və keyfiyyətli iş gördüyü üçün bəstəkar Xanım İsmayılqızı "Azarkeşin sevimli bəstəkarı" adına layiq görüldü.
 
Ötən ildən fərqli olaraq azarkeşlər "Qarabağ"a aid ən yaxşı yazını seçibliər. Ən yaxşı yazı isə Vüsalə Məmmədovanın yazısı seçildi.
 
"İmarət" hər il "Qarabağ" ailəsinə, komandanın tarixinə də nəzər salır. 98-99-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadə ən çətin vaxtlarda kluba sahib çıxmışdı. O, heç bir təmənna güdmədən komandaya sponsorluq edib "Qarabağ" adını yaşatdığına görə "Azarkeşin sevimli prezidenti" adına layiq görülüb.






Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
19.11.18  12:37

"İmarət" 9 yaşında

18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi