1100-cü qol və 200-cü ev qələbəsi

1100-cü qol və 200-cü ev qələbəsi
XƏBƏR 13 Sentyabr 2013 / 15:06 3221
-  A +

Topaz Premyer Liqasının VI turunun “İnter”lə oyunu “Neftçi” üçün əlamətdar olub.
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 3:1 hesablı qələbə qazanan “ağ-qaralar”ın qarşılaşmadakı 3-cü qolunun “Neftçi” üçün tarixi əhəmiyyəti var.

Belə ki, 1992-ci ildən indiyədək bütün Azərbaycan çempionatlarında yüksək liqada mübarizə aparan “Neftçi” cari mövsümün startına qədər 1090 qol vurmuşdu. “İnter”lə matçda sonuncu, mövsümdə isə 10-cu olan qol klubun çempionatlar tarixində yubiley - 1100-cü qolu olub.

Tarixi qol maraqlı alınıb. Penalti zərbəsi qazanıldıqdan sonra Flavinyo fərqlənmək imkanını yeni klubunda qol hesabını açmayan Melvin Platyeyə verdi. Hollandiyalı hücumçunun yerinə yetirdiyi 11 metrlik zərbə ilə “ağ-qaralar” 11-ci “100-lüy”ü tamamladı. Platye həm yubiley qolunun müəllifi, həm də komandada qol vuranların siyahısına düşməklə adını tarixə yazdırdı.


“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları
 
Mövsüm Vurulan top Buraxılan top +:- -:+ Vurub Buraxıb

1992 104 23 (2) - 104 23
1993 39 11 1 - 36 11
1993/94 37 35 - 8 37 11
1994/95 63 14 1 - 60 14
1995/96, 1-ci mərhələ 42 17 - - 42 17
1995/96, 2-ci mərhələ 18 12 - - 18 12
1996/97 98 20 - - 98 20
1997/98 43 23 2 - 37 23
1998/99, 1-ci mərhələ 57 18 1 - 54 18
1998/99, 2-ci mərhələ 11 7 - - 11 7
1999/2000 35 17 - 1 35 14
2000/01 57 12 2 - 51 12
2001/02, 1-ci mərhələ 34 7 - - 34 7
2001/02, 2-ci mərhələ 1 0 - - 1 0
2003/04 65 15 1 - 62 15
2004/05 54 19 1 - 51 19
2005/06 51 16 - - 51 16
2006/07 47 15 - - 47 15
2007/08 42 18 1 - 39 18
2008/09 30 21 - - 30 21
2009/10, 1-ci mərhələ 20 14 - - 20 14
2009/10, 2-ci mərhələ 5 6 - - 5 6
2010/11 53 17 - - 53 17
2011/12 55 30 - - 55 30
2012/13 59 32 - - 59 32
2013/14 10 5 - - 10 5
 1130 424 10+(2) 9 1100 397

Qeyd: mövsümdən sonrakı ilk 2 sütunda turnir cədvəlində əks olunan topların sayı göstərilib. Burada texniki nəticələr də əksini tapıb. Növbəti 2 sütunda texniki nəticələr qeyd olunub. 1992-ci ildə qeydə alınan 2 texniki qələbə turnir cədvəlində də yazılmayıb. Son 2 sütunda isə vurulan və buraxılan qolların real sayı əks olunub. Bundan başqa çempionatlar ərzində nəticəsi ləğv olunan matçların heç biri qeydə alınmayıb. Yarımçıq qalan 2001/02 mövsümünün nəticələri nəzərə alınıb.

“Neftçi”nin tarixi qolları

Tarix oyun Futbolçu

1 08.05.1992 Neftçi – Xəzər Sumqayıt Yunis Hüseynov
100 13.10.1992 İnşaatçı Sabirabad - Neftçi Samir Ələkbərov
200 22.10.1994 Xəzər Lənkəran – Neftçi Mais Əzimov
300 18.09.1996 Fərid - Neftçi Yaşar Vahabzadə
400 27.09.1997 Neftçi – Dinamo Qurban Qurbanov
500 31.10.1999 Neftçi – Kəpəz Aleksey Stukas
600 25.11.2001 Xəzər Universiteti – Neftçi Vadim Vasilyev
700 13.12.2004 Neftçi – Kəpəz Stenli Udenkvor
800 10.11.2006 Bakı - Neftçi Aqil Məmmədov
900 22.08.2009 Neftçi - Turan Adrian Neaqa
1000 04.12.2011 Neftçi - Simurq Araz Abdullayev
1100 12.09.2013 Neftçi - İnter Melvin Platye

Qeyd edək ki, “İnter” üzərində qələbə “Neftçi” üçün daha bir yubileylə əlamətdar olub. Azərbaycanın ən titullu klubu ölkə çempionatlarında 200-cü ev qələbəsini qazanıb. 21 illik milli çempionatlar tarixində 291-ci qarşılaşmasına çıxan komanda bu matçadək 199 dəfə qonaqları xalsız qoymuşdu. Öz meydanında 62 heç-heçə edən və 29 dəfə uduzan “Neftçi” 200-cü qələbəsini “İnter”lə görüşdə qeyd edib. Cari mövsümədək 197 dəfə ev qələbəsi qazanan “Neftçi” öz meydanındakı ardıcıl 3-cü matçda 3 xal qazanmaqla buna nail olub. Bakılılar çempionatda öz meydanında ən çox qələbə qazanan komandadır.


Son xəbərlər