"Qarabağ"ın UEFA Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi olan Almaniyanın Frankfutr şəhərinin "Ayntraxt" klubu 1899-cu ildə yaradılıb.
Qol.Az-ın məlumatına görə, klub ev oyunlarını 51.500 insan tutumuna malik olan "Kommerzbank Arena" stadionunda keçirir. “Ayntraxt” Almaniya futbolunun adlı-sanlı komandalarından olsa da, “Qarabağ”ın 2010-cu ildə qarşılaşdığı Dortmund “Borussiya”sı ilə bərabər səviyyədə deyil.
Frankfurd təmsilçisi Almaniya futbolunda ən böyük uğurunu 1959-cu ildə ölkə çempionu olmaqla əldə edib. Yeri gəlmişkən, o vaxtdan “Ayntraxt” bir dəfə də olsun bundesliqanın qalibi ola bilməyib.
1991-1992 mövsümünün son turunda"Ştutqart"a məğlub olaraq çempionluğu əldə verən "Ayntraxt" növbəti illərdə əvvəlki gücünü itirməyə başlayıb. Klub 1995-1996, 2000-2001, 2003-2004 və 2010-2011 mövsümündə ikinci liqada oynamalı olub.
"Qarabağ"ın rəqibi ötən mövsümü bundesliqanı altıncı yerdə başa vurub.
Almaniya kuboklarında isə komanda liqaya nisbətən daha çox uğurlar əldə edib. "Ayntraxt" 1974, 1975, 1981 və 1988-ci ildə ölkə kubokunun sahibi olub.
Formasının rəngi "qırmızı-qara-ağ" olan klub Avropada ən böyük nailiyyəti 1980-ci ildə UEFA kubokunu əldə etməklə qazanıb. Komanda son olaraq avrokuboklarda yeddi il əvvəl yarışıb. Onlar qrup mərhələsində uğursuz çıxış edərək mübarizəni dayandırmışdılar.
Qeyd edək ki. "Ayntraxt"ın baş məşqçisi Armin Vehdi, prezidenti isə Xeribert Bruxxagendir.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video