"Qarabağ"ın rəqibini yaxından tanıyaq

"Qarabağ"ın rəqibini yaxından tanıyaq
XƏBƏR 26 İyul 2013 / 05:46 5651
-  A +

"Qarabağ" klubunun Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi İsveçin "Gefle" klubunu yaxından tanıyaq.

Qol.Az-ın məlumatına görə, İsveç təmsilçisi 1882-ci ildə yaradılıb.

2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksəl liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir.

Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. Klubun prezidenti Leif Lindstrand, baş məşqçisi isə Per Ollsondur.

"Gelfe" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır.

Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir. Evdə 5:1, səfərdə isə 3:0 hesabı ilə məğlub edən "Gefle" növbəti mərhələdə "Anortosis" klubu ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Gefle" doğma azarkeşləri önündə Kipr təmsilçisinə heç bir şans verməyib - 4:0. Bu nəticə ilə III təsnifat mərhələsinə yüksələn "Gefle" bu dəfə Azərbaycan təmsilçisi "Qarabağ"a rəqib olub. "Gefle"nin bu sınaqdan necə çıxacağı böyük maraq doğurur.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.


Son xəbərlər