Millimizin yeni oyunçusu Eddi İsrafilov kimdir?

Millimizin yeni oyunçusu Eddi İsrafilov kimdir?
ÖLKƏ FUTBOLU 10 May 2013 / 18:24 12080
-  A +

AFFA-nın rəsmi saytı bu gün İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilovun Azərbaycan millisinə dəvət olunması haqda xəbər yayıb. Məlumatda qeyd olunub ki, 1992-ci il təvəllüdlü bu futbolçunun anası İradə İsrafilova Bakı şəhərində anadan olub və ana tərəfdən azərbaycanlıdır.

Qol.Az saytının xəbərinə görə, onun tam ad-soyadı  Eddi Silvester Paskal İsrafilovdur. Eddinin atası Toqo vətəndaşıdır. Lakin ona anasının soyadı verilib.

Yarımmüdafiəçi olan bu futbolçu 1.86 sm. boya malikdir. O, “Milan” Futbol Akademiyasında hazırlıq keçsə də, orada uğur qazana bilməyib. Ümumiyyətlə, 21 yaşlı Eddi əvvəlcə “Real Mursia”nın ikinci komandasında oynayıb. 2007-ci ildə bu klubla müqavilə bağlayan Eddi 2011/12-ci il mövsümündə “Real Mursia”nın B komandasında çıxış etməyə başlayıb. O, həmin mövsümdə 23 oyunda meydana çıxıb (15 oyunda əsas heyətdə). 2012/13 mövsümünün ilk üç ayında isə Eddi İsrafilov zədəli olduğu üçün oyunlarda iştirak etməyib. Hazırda E.İsrafilov əsas komandanın oyuçusudur. O, cari mövsümdə 16 oyunda iştirak edib.

Qeyd edək ki, E.İsrafilovun hazırkı klubu ilə müqaviləsi 2015-ci ildə yekunlaşır.

Transfermarket.de saytında E.İbrahimovun transfer qiymətinin 200 min avro təşkil etdiyi bildirilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord