Azərbaycan Superkuboku bərpa olunur

Azərbaycan Superkuboku bərpa olunur
ÖLKƏ FUTBOLU 9 Mart 2013 / 19:06 5466
-  A +

Azərbaycan Superkuboku uğrunda oyun yenidən bərpa olunur. Qol.Az-saytının məlumatına görə, Peşəkar Futbol Liqası bu titul uğrunda həlledici matçın vaxtını açıqlayıb.

Superkubok uğrunda oyun 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bu isə 2014-ci ilin iyunun son 10 günlüyünə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə  18 il əvvəl -1995-ci  ildə keçirilib. İndiyə kimi 3 dəfə keçirilən bu kuboku iki dəfə  “Neftçi”, bir dəfə  “Qarabağ” qazanıb.

Daha çox


Son xəbərlər