"Xəzər Lənkəran" ilk transferi rəsmiləşdirdi

"Xəzər Lənkəran" ilk transferi rəsmiləşdirdi
ÖLKƏ FUTBOLU 26 Dekabr 2012 / 15:19 4924
-  A +

“Xəzər Lənkəran” qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini reallaşdırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, Cənub təmsilçisi  bu gün türkiyəli Gökhan Güləçlə 2 illik müqavilə imzalayıb. "Beşiktaş"ın sabiq futbolçusu son klubu “Şanlıurfaspor” klubu olub.


Peşəkar futbol kariyerasına 2003-cü ildə “İnegölspor”da başlayan 27 yaşlı hücumçu daha sonra “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu “Beşiktaş”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı