Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)
XƏBƏR 4 Sentyabr 2012 / 14:55 3219
-  A +

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xalq artisti Aygün Kazımova Azərbaycanda keçiriləcək qadınlararası futbol yarışmasında qızlarımıza dəstək üçün üçün ifa etdiyi “Qol” mahnısına çəkdirdiyi klipini təqdim edib.

525.az-ın məlumatına görə, mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi isə Aygün Kazımovaya məxsusdur. Çəkilişləri iyulun ilk ongünlüyündən başlayaraq, avqustun əvvəllərinə qədər davam edən klip xalq artistinin müqavilə əsasında çalışdığı Türkiyənin “DokuzSekiz Müzik Yapım” şirkətinin təşəbbüsü ilə “FilmLine” kompaniyasında istehsal olunub. Klipdə Aygün Kazımovanın vertolyotla Bakı səmasında çəkilişləri edilib.

Qızlardan ibarət milli yığmamızın futbolçu heyəti də xalq artisti ilə tərəf müqabili qismində çıxış ediblər. Klipin rejissoru Murat Küçük, görüntü rejissoru isə Vəli Kuzludur. Xalq artisti 17 yaşadək qızlardan ibarət dünya çempionatının oyunları ərəfəsində Şakira, Rihanna və Cenifer Lopezlə eyni səhnəni paylacağı haqqında yayılan xəbərə də aydınlıq gətirib:

“Son günlər hər yerdə bu xəbər haqda danışırlar. Ancaq mən təəssüf ki, o, üç böyük ulduzla eyni səhnəni paylaşmayacağam. Bu, FİFA-nın öz seçimidir”.

Mənbə: 525.az















Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
19.11.18  12:37

"İmarət" 9 yaşında

18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi