"Köln"ün qapıçısı "Qarabağ"da

"Köln"ün qapıçısı "Qarabağ"da
PREMYER LİQA 23 İyun 2012 / 16:34 4683
-  A +

"Qarabağ" klubunun 2012-2013 mövsümü üçün transfer çalışmaları  davam edir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Elnur Abdulovun ardından daha bir keçidi rəsmiləşdirib.

Ağdam təmsilçisi dünyanın ən güclü çempionatlarından sayılan Almaniya Bundesliqasından oyunçu transfer edib.

"Qarabağ" cari mövsüm "Köln"ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış Miro Varvodiçi sıralarına qatıb. 1989-cu il təvəllüdlü qolkiper boyu 1,91 metrdir. "Köln"ə qədər ölkəsində "Hayduk"un futbolçusu olub. Xorvatiyalı ölkəsinin aşağı yaş komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Vardoviç "Qarabağ" klubu ilə iki illik müqavilə imzalayıb.

 

Daha çox


Son xəbərlər
19.11.18  12:37

"İmarət" 9 yaşında

18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi