Kərim Diniyevin debütü baş tutdu

XƏBƏR 11 Aprel 2009 / 12:49 3026
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası dünən ölkə çempionatının dördüncü turunda “Rubin”lə bərabərə qalıb - 0:0. Qol.Az-ın məlumatına görə, bu matçda Şahin Diniyevin oğlu Kərim Rusiya çempionatında debüt edib. Oğul Diniyev qarşılaşmanın 16-cı dəqiqəsində oyuna çıxıb və 47 dəqiqə meydanda mübarizə aparıb. Şahin Diniyev qarşılaşmanın 63-cü dəqiqəsində oğlunu əvəzləyib. 4 turdan sonra aktivində 7 xal olan “Terek”in əvəzediciləri turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, “Terek”in əvəzediciləri növbəti matçını aprelin 17-də Moskva “Spartak”ına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı