Azerisport.com-un 5 illik yubileyi keçirildi

XƏBƏR 23 Noyabr 2011 / 00:16 6613
-  A +

Ötən gün Azərbaycanın öndəgedən idman portallarından olan "Azerisport.com"-un 5 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə Azərbaycanın idman ictimaiyyətinin bir sıra tanınmış xadimləri iştirak edib.

İştirakçılar arasında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, Olimpia çempionu Zemfira Meftahəddinova, Olimpia mükafatçısı İradə Həşimova və digərləri olub.

Azerisport.com-un uğurundan söhbət açan saytın rəhbəri Vüqar Zeynalov tədbirə qatılanlara təşəkkürünü bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord